Bakıda zəncirvari qəza: 9 nəfər yaralandı Day.Az представляет новость на азербайджанском языке.

Bakıda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dünən saat 18 radələrində Elşən Məmmədov küçəsində zəncirvari yol qəzası baş verib.

İki "Mercedes", iki "Opel" və bir "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər xəstəxanasına gətiriliblər. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.