Azərbaycanda keçmiş məhkum silaha əl atıb
Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanda mübahisəyə silahla son qoyulub. Quba rayonunda keçmiş məhkum silaha əl atıb. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun İsnov kəndində Əziz Cəlilzadə Bakı şəhər sakini Mehman Kərimovla mübahisə edib. Əsəbləşən Ə.Cəlilzadə tüfəngdən havaya 1 dəfə atəş açıb.

Quba polisi Ə.Cəlilzadəni tutub və sənədləri olmayan silahını götürüb. Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.