Azərbaycanın baş pediatrından xəbərdarlıq Day.Az представляет новость на азербайджанском языке.

Respublikanın baş pediatrının süd verən analara xəbərdarlığı var. Qadın özündən asılı olmayan səbəblərdən övladını ana südündən məhrum edirsə, süni qida seçərkən də diqqətli olmalıdır.

ANS TV-nin məlumatına görə, Respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, istənilən halda ana südünün verilməsi daha məqsədəuyğundur və hətta ana südünün tez bir zamanda bərpa olunmasının yolları da var. Əgər analarda süd qıtlığı müşahidə olunarsa, bunun üçün baş pediatr düzgün süni qida seçməyi məsləhət görür.

"Analar uşaqlarına süni qidaları seçərkən mütləq pediatra müraciət etməlidirlər. Çünki qidaların tərkibi müxtəlifdir. Bu qidaları analar özləri sərbəst seçib uşağa verə bilməzlər. Əgər anada süd yoxdursa, onda analar süni qidaları uşaqlara bir yaşına kimi verə bilərlər", - deyə pediatr analara xəbərdarlıq etdi.