Ölkəmizə gələnlərin sayı artıb Day.Az представляет новость на азербайджанском языке.

Ötən illərə nisbətən bu il ölkəmizdə turistlərin sayında artım olub. Bu artımı Qərb regionuna da aid edə bilərik. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Azərbaycanda yay ərzində istirahət edənlərin sayı təxminən 2 milyondan artıq olub. Ekspertlər isə bu sayın növbəti illərdə daha da artacağı fikrindədirlər.

Etibar Kazımov
, turizm şirkətinin direktoru: "Turistlərin sayı gələn il bundan da artıq olacaq. Çünki ölkəmizin inkişafı gələn turistlərin bir daha gəlməsinə imkan verir. Bu da ondan irəli gəlir ki, bizim personal yüksək səviyyədə xidmət göstərir".
Bəlkə də, gələn il üçün proqnozlaşdırılan artım elə bu il ola bilərdi. Bəs səbəb nə oldu?! Yüksək qiymət...

Etibar Kazımov: "Biz qiymətlərin yüksək olmasını inkar edə bilmirik. Getdikcə mehmanxanalar çoxalır və rəqabət güclənir. Təbii ki, rəqabətin güclənməsi qiymətlərdə azalmaya gətirib çıxaracaq. Xarici ölkələrdə qiymətlər aşağı olduğundan axın ora daha çox olur".

Mehmanxanaların sayının artırılması dövlətin də qarşısında duran əsas məqsədlərdəndir. Çünki irəli sürülən proqnozlar öz əksini taparsa, yəni turistlərin sayı artan xətt üzrə yüksələrsə, bu zaman, görünür, mehmanxana problemi prioritet olacaq.