Bakıda sərnişin sürücünü bıçaqladı - VİDEO
Day.Az представляет новость на азербайджанском языке.

Abşeron rayonu ərazisində avtobus sürücüsü bıçaqlanıb.

ANS TV-nin məlumatına görə, Abşeron rayonu Novxanı qəsəbəsinin sakini 32 yaşlı Mehdi Yusifovun marşrut avtobuslarının birində konduktor işləyən Anar adlı şəxslə zarafat etməsi sonda cinayətlə nəticələnib. Bu vaxt həmin konduktorun işlədiyi sərnişin avtobusunun sürücüsü Elçin də söhbətə qarışıb və Mehdiyə onunla zarafat etməsini irad tutub. Bu irad isə Mehdi Yusifovun acığına gəlib.

Mehdinin zarafat etdiyi Anar əslində nitqi qüsurludur. Elə zərərçəkmiş Elçinin söhbətə müdaxilə etməsi də bununla bağlı imiş.

Hazırda faktla bağlı başlanılmış cinayət işinin istintaqı davam edir.

Videonu izləmək üçün şəklə klikləyin: