Sumqayıt icra başçısı yas mərasimləri haqda qərar verdi Day.Az представляет новость на азербайджанском языке.

"Eldar Əzizovun yas mərasimləri haqqında qərar verməsi barədə yayılan informasiyalar tamamilə doğrudur".

Bunu modern.az saytına açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Nazani İsayeva deyib.

Qeyd edək ki, mətbuatda Eldar Əzizovun təmtəraqlı yas mərasimlərinə qadağa qoyması ilə bağlı xəbər yayılmışdı. Tapşırığa əsasən, Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə alıb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib. Belə ki, başçının qərarına görə, yas mərasimlərində ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən götürüləcək, uşaq və qocalar evlərinə paylanılacaq.

Bir neçə gün öncə Füzuli rayonunda da yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə yenilik tətbiq olunub. Orada da rayon ağsaqqallarının təşəbbüsü ilə ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılıb.