Bakının məşhur şadlıq sarayı sökülür Day.Az представляет новость на азербайджанском языке.

Nizami Rayon İcra Hakimiyyəti Bakının məşhur şadlıq saraylarından olan "Planet"in sökülməsi ilə bağlı tapşırıq verib.

Azvision.az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyəti obyekt rəhbərliyinə xəbərdarlıq edərək şadlıq sarayının gəlin maşınının zala daxil olması üçün inşa edilən tikilini sökməsini tapşırıb. Nizami rayon İcra Hakimiyyəti söküntü üçün oktyabr ayına kimi vaxt qoyub.

"Oktyabr ayından həmin yer söküləcək. İcra başçısı icazə vermir. Həmin yer plana düşüb", - deyə şadlıq sarayından xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, paytaxt Bakıda yerləşən restoranlar arasında "Planet"də gəlin maşınının zala daxil olması özəlliyi ilə məşhurdur.