İstirahətdən qayıdan iki ailə qəzaya düşdü: ölən və yaralananlar var - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

Bu gün saat 17 radələrində Şəki-Qax yolunun 10-cu kilometrliyində Qaxın Qaşqaçay və Şəkinin Biləcik kəndlərinin kəsişdiyi Qanlı Qobu deyilən ərazidə yol qəzası baş verib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Qax istiqamətində hərəkətdə olan Qəbələ rayon Bum kənd sakini, 36 yaşlı Şirvan Şirinovun idarə etdiyi "VAZ 2104" markalı avtomobil ilə Şəki istiqamətində hərəkət edən Bakı sakini, 29 yaşlı Rauf Allahverdiyevin idarə etdiyi "REXTON" markalı avtomobil toqquşub.

Güclü toqquşma nəticəsində "VAZ 2104"ün sürücüsü Şirvan Şirinov elə hadisə yerindəcə dünyasını dəyişib. Onun sərnişini və həmkəndlisi, 45 yaşlı Sahib Zeynalov ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Digər avtomobildə olan sürücü və onun sərnişinləri - sürücünün həyat yoldaşı, 20 yaşlı Vüsalə Allahverdiyeva, onların övladı, 2014-cü il təvəllüdlü Fateh və Vüsalənin anası 43 yaşlı Vəfa Sadıqova və qardaşı 16 yaşlı İlkin Sadıqzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət və idarəetmənin itirilməsi səbəb olub. Qeyd edək ki, qəzaya düşən "REXTON" markalı avtomobildə olan iki ailənin üzvləri Qax rayonundan istirahətdən qayıdırdı. Faktla bağlı Qax rayon polis şöbəsində cinayət işi başlayıb, araşdırmalar aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

фото