Bakıda maşın ölüləri dolaşır - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanda bəzi avtomobilər ömrünü başa vursa da, sahibləri onları məhv olana qədər istismar edir. Bakıda belə maşınlara, hələ də, rast gəlinir. İstismar müddətini başa vurmuş maşınlar hələ də paytaxt küçələrində idarə olunur, onlardan yükdaşımaq məqsədilə istifadə olunur.

Oxucular belə maşınlardan birinin fotosonu çəkərək Milli.Az-a göndərib. "Qaz-24" markalı 10 EX 128 dövlət nömrə nişanı olan avtomobillə Bakı ərazisində dəmir daşınır. Oxucular belə avtomobillərin istifadəsinə yol polisi tərəfindən hansı səbəbdən icazə verilməsi maraqlandırır.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, həmin avtomobil 1985-il buraxılışıdır. Bir dəfə texniki baxışdan keçmədiyinə görə yol polisi tərəfindən cərimələnib.

Şöbə rəisinin sözlərinə görə, ilkin baxışda yararsız görünən maşını nasaz kimi qiymətləndirmək düzgün deyil: "Maşının zahiri görkəmi pisdirsə, rəngi solubsa, bu, o demək deyil ki, həmin avtomobil yararsızdır. 70-ci il istehsalı olan maşınlar var ki, saz vəziyyətdədir. Avtomobilin saz olub-olmamasını texniki baxış müəyyən edir. Hətta sürücü avtomobili texniki baxışdan yayındırsa da, o, idarəetmədən kənarlaşdırıla bilməz. Onun barəsində ancaq inzibati protokol tərtib edilə bilər. 10 gün ərzində texniki baxışdan keçməzsə, yenidən cərimələnə bilər. Qanunvericilik imkan vermir həmin sürücünün maşını idarəetmədən kənarlaşdırılsın".

K.Əliyev qeyd etdi ki, avtomobillərin nasazlıq siyahısı var. Ona uyğun gələrsə, idarəetmədən kənarlaşdırıla bilər.

Böyütmək üçün şəkilə klikləyin: