Gəncəli "qonaqpərvərliyini" bıçaqla göstərdi

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün günorta saatlarında Gəncədə bıçaqlanma hadisəsi baş verib.
 

İnsident şəhərin Kəpəz rayon ərazisində qeydə alınıb. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəki şəhər sakini və hazırda Gəncədə əmək fəaliyyəti ilə məşğul olan 26 yaşlı Vasif Məmmədov adı istintaqda gizli saxlanılan iş yoldaşı tərəfindən bıçaqlanıb.

Zərərçəkmiş yaxınlıqdakı insanların köməkliyi ilə Gəncə şəhər Təcili Yibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

26 yaşlı gəncin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Hadisəyə ilkin səbəb kimi tərəflər arasında yaranan mübahisə göstərilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırma aparılır.