Avtomobil aşdı, iki nəfər yaralandı Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az El TV-yə istinadən xəbər verir ki, Yevlax rayon sakini, 47 yaşlı Qalib Xankişiyev
"Mercedes" markalı minik avtomobili ilə Bakıdan-Gəncə istiqamətində hərəkətdə olarkən Kürdəmir rayon ərazisində maşın qəflətən yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin - Ağcabədi rayon Şənlik kənd sakini, 21 yaşlı Xəyyam Fərzəliyev xəsarət alıb.
Yaralılar Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər. Xəyyam Fərzəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.