Təhsilimizin bahalı libasını eybəcərləşdirən yamaq Day.Az представляет материал на азербайджанском языке.


Yeni təhsil ilinə qədəm qoyduq. Yeni dərs ili ilə bərabər orta məktəblərimizdə artıq ənənəyə çevrilən yeni pulyığmalara da start verildi. Dövlət büdcəmizin əhəmiyyətli hissəsinin təhsilə ayrılmasına baxmayaraq, yenə də müəllimlər və məktəb yetkililəri müxtəlif təyinatlı xərclər üçün şagirdlərdən pul yığırlar. Halbuki, həmin məsrəflər üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır və rəsmən həmin xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. İlk baxışdan artıq normal hala çevrilmiş kimi qəbul edilən bu hadisələrə dövlət büdcəsi tərəfindən tam maliyyələşdirilən təhsil ocaqlarında rast gəlinməsi əslində təhsil sistemi üçün bir yamaqdır. Tikilib əyinə geyindirilən bahalı libasın bütün görkəmini pozan eybəcər bir yamaq...

Milli.Az xəbər verir ki, yeni təhsil ilinin ilk günlərindən gündəmə gələn məsələlərdən biri də müəllimlərin şagirdlərlə dərsdənkənar məşğələlərdə məşğul olması məsələsidir. Sovet təhsil sistemini xatırlasaq deyə bilərik ki, həmin dövrlərdə orta məktəb proqramı elə məktəbdəki dərslər çərçivəsində tam gerçəkləşirdi və ümumilikdə, əlavə məşğələlərə ehtiyac da yaranmırdı. Məktəb dərslərini qaydasında oxuyan şagirdlər adi qaydada ali məktəblərə imtahan verib daxil ola bilirdilər. Təəssüflər olsun ki, günümüzdə bu, demək olar ki, qeyri-mümkündür və məktəbdən kənar məşğələlərdə "repititorlarla" əlavə məşğul olmadan praktiki heç kim ali məktəbə vəsiqə qazana bilmir. Bu "repititorlar" da elə əsasən məktəb müəllimləri olur. Yəni müəllimlər dərsdə keçməli olduqlarını dərsdənkənar məşğələlərdə keçirlər və məktəblilər buna görə əlavə pul verməli olurlar. Əlbəttə, əlavə dərs almaq niyyətində olanlar üçün bu, normaldır və heç bir qəbahəti də yoxdur. Amma müəllimlərin süni şəkildə belə bir vəziyyət yaratmaları və şagirdləri əlavə məşğələlərə sövq etmələri artıq təhsil sistemimiz üçün bir faciədir.

Yeni təhsil ilinə yeni ümidlərlə qədəm qoyan məktəblilər və onların valideynləri bu kimi neqativ halların aradan qaldırılacağı günün intizarındadırlar.
 

Burada qeyd edilənlər hər bir ailənin şahidi olduğu neqativ hallardır. Bunu valideynlər də görür, təhsilə nəzarət edən və bu sahəyə görə məsuliyyət daşıyan muvafiq qurumlar da...