Şəki sakinlərini ayılar qorxuya saldı - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

Şəkinin bəzi kəndlərində sakinlərin son zamanlar yuxusuna haram qatılıb.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, bu narahatlığa səbəb ayıların vaxtaşırı dağdan kəndlərə enməsidir. Son bir həftə ərzində vəziyyət daha gərgin hal alıb. 6 başdan çox iribuynuzlu heyvanın ayılar tərəfindən parçalanması təhlükənin miqyasından xəbər verir.

Şəkidə son zamanlar yırtıcı heyvanların dağdan kəndlərə enməsi intensiv hal alıb. Əhalinin əsas məşğuliyyətinin maldarlıq olduğu Vərəzət kəndində mal-qaranı ayılar parçalayıb. Sakinlərin min bir əziyyətlə baxıb yetişdirdiyi heyvanların aqibəti isə göz önündədir. Kəndin dağətəyi hissəsində vəziyyət daha dramatikdir. Oxşar hadisələr Vərəzətlə yanaşı, Orta Zəyzid və digər kəndlərdə də qeydə alınıb. Sakinlər daha çox payız aylarında ayıların kəndə hücum etməsinin şahidi olduqlarını deyirlər. Belə ki, ilin bu fəslində dağlarda yem ehtiyatının azalması yırtıcı heyvanları yaşayış məskənlərinə sövq edir. Onların ilk qurbanları isə çöllükdə sərbəst şəkildə otlayan mal-qara olur.

Bəzi hallarda isə ayıların evlərə soxulması faktları da qeydə alınır. Sakinlər isə bu problemi həll etməkdə acizdirlər. Ayıların ovlanmasının qadağan edilməsi isə vəziyyəti bir qədər də çətinləşdirir. Bələdiyyə üzvü Ramin Mustafayevin sözlərinə görə, əgər sakinlər öz heyvanlarına sahib çıxsalar və başlı-başına buraxmasalar, belə hallar da baş verməz. Ancaq fakt faktlığında qalır. Yırtıcıların növbəti qurbanlarının insanlar olacağına kimsə təminat verə bilməz.

Videonu izləmək üçün şəklə klikləyin:

фото