Azərbaycanda dələduzluq niyə artır? - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

Son vaxtlar ölkədə baş verən cinayət hadisələrinin içərisində dələduzluq əməllərinin sayında artım qeydə alınıb.

ANS TV-nin məlumatına görə, bu çoxalma Daxili İşlər Nazirliyinin cari ilin 6 ayı ilə bağlı açıqladığı statistikada da təsdiqini tapıb. Nazirliyin mətbuat xidmətinin yaydığı bəyanata nəzər yetirsək, görərik ki, ötən illə muqayisədə bu ilin yanvar-iyun aylarında 250 fakt və ya 24,3 faiz çoxalma var. Əgər 2013-cü ilin 6 ayında 1030 dələduzluq faktı aşkarlanmışdısa, bu ilin eyni dövründə isə bu rəqəm 1280-ə çatıb. Keçmiş polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, son 10-15 ilin cinayətlərinin dinamikasına nəzər yetirdikdə dələduzluq cinayətlərində artımı görmək olar. Polkovnikin fikirncə, bununda həm obyektiv, həm də subyektiv səbəbləri var:

"Buna qarşı mübarizədə müəyyən qusurlar var, yəni dələduzluğa qarşı mübarizə düzgün aparılmır. İstintaqda yox, təhqiqatda müəyyən materiallar var ki, onun haqqında cinayət işinin başlanması haqqında rədd qərarı qəbul olunur. Amma araşdıranda görürsən ki, dələduzluq faktı var".

Vətəndaşların etibarından sui-istifadə edən bu dırnaqarası peşə sahiblərinin şikarına çevrilənlər isə əsasən sadə vətəndaşlar olur. İşə düzəltmə, torpaq və daşınmaz əmlak alqı-satqısı kimi işlər görən dələduzlar sonda müəyyən miqdarda pul mənimsəmiş olurlar.

Daxili İşlər Nazirliyinin yaydığı gündəlik məlumatlarda, demək olar ki, hər gün dələduzluqla bağlı qeydlər yer alır. Sabiq polis polkovniki Mahmud Hacıyev vətəndaşları bu insanlardan qorumaq üçün hüquq-mühafizə orqanlarının da üzərinə yükün düşdüyünü deyir. Onun sözlərinə görə, polis cinayətləri araşdırmaqla yanaşı, maarifləndirici tədbirlər də həyata keçirməlidir.

İndi ümid qalır vətəndaşların özlərinə, kimə pul verməli, kimlə iş görməli olduqları insanları ya yaxşı tanımalı, ya da yüz ölçüb, bir biçməlidirlər.

Videonu izləmək üçün şəklə klikləyin:

фото