Balıq kombinatına kim göz tikibr? - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

Neftçalada göz dağına çevrilən sexin sökülməsinə qərar verilib.

Bir vaxtlar Neftçala rayonunda fəaliyyət göstərən Bankə Balıq Kombinatı nəinki keçmiş SSRİ-də, hətta istehsal etdiyi balığı, kürüsü ilə dünyada məşhur olub. Amma indi neftçalalıların göz dağına çevrilən kombinat sökülür, yerində nə tikiləcək, bu isə kimsəyə bəlli deyil.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, XIX əsrdə istifadəyə verilən və məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adını daşıyan bu kombinat sovetlər dönəmində çox məşhur olub. Əvvəllər "Madagiz", "Türkan", "Xaldan", "Xudat" və sair kimi 10 taxta balıq ovlama gəmisi olan kombinat sonralar 12 polad gövdəli gəmiyə sahib olub. Həmin gəmilərlə gün ərzində dənizdən 100 tona yaxın kilkə, ildə 100-150 ton nərəcinsli balıq ovlanaraq kombinata gətirilib.

Sexdə müxtəlif çeşiddə-tərəvəzli, noxudlu, köklü, yarpaq dolması istehsal olunub. Həmçinin Lənkəran səbziqovurması kimi istehsal olunan konservlərilə tanınıb. Eləcə də, dondurulmuş, hisə verilmiş balıqlar, qara kürü keçmiş SSRİ-nin bütün ərazilərinə və bir sıra xarici ölkələrə göndərildiyindən Bankə Balıq Kombinatı hər yerdə adla tanınıb.

Bir tərəfdən də gəmilərin fasiləsiz işləməsi Kür çayının deltasının lillənməsinin və Kür boyu yaşayış məntəqələrinin daşqınlara məruz qalmasının qarşısını alıb.

Sakinlər 1996-ci ildə fəaliyyətini dayandıran kombinatın işləməsini arzulayırlar. Deyirlər ki, kombinat yenidən bərpa olunarsa, iş yerləri açılar. Kürdə gəmilər hərəkət etməklə həm lillənmənin, gələcək daşqınların qarşısı alınar. Həm də çaya balıqlar girər.

Hələ ki, neftçalalıların göz dağına çevrilən Bankə Balıq Kombinatında indi söküntü işləri aparılır. Yerində nəyin tikiləcəyi isə hələ ki, hamıya sirr olaraq qalır.

Videonu izləmək üçün şəkilə klikləyin:

фото