Bakı mərkəzində hərəkət dondu - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Bu dəqiqələrdə Bakının bəzi küçələrində tıxac yaşanır.

Anspress-in məlumatına görə, Əziz Əliyev küçəsində və Neftçilər prospektinə çıxan küçələrdə, daha dəqiq metronun "Sahil" stansiyası yaxınlığında uzunmüddətli tıxac yaranıb. Sürücülərin bildiridiyinə görə, 40 dəqiqədir ki, tıxacda qalıblar. Avtomobilləri söndürüb dayanıblar.

Sürücülərin sözlərinə görə, tıxacın müşahidə olunduğu ərazidə Dövlət Yol Polisinin əməkdaşları da gözə dəymir. Sürücülər isə tıxacdan çıxmaq üçün avtomobilləri səkiyə belə çıxarırlar.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.