Bakı küləyi sakinlərə böyük qorxu hissi yaşadır - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Bakı küləyi sakinlərə böyük qorxu hissi yaşadır. Küləkli havada ağacların aşma təhlükəsi hər an qaçılmazdır. İki gün əvvəl əsən külək belə bir təhlükənin olmasını bir daha göstərdi. Paytaxt ərazisində onlarla ağac aşdı, insanlara maddi ziyan vurdu. Lakin ağacların aşması təhlükə olduğu kimi, onun fəsadlarının aradan qaldırılması başqa bir problemdir.

Üç gün əvvəl Xətai rayonu, Zığ yolu 32 ünvanında iri gövdəli ağac kökündən qoparaq bahalı avtomobilin üzərinə aşmışdı. Lakin üstündən günlər keçsə də, ağac aşan ərazidən yığışdırılmayıb. Sakinlər Mili.Az-a şikayətləniblər ki, ağacın aşma təhlükəsini aradan qaldıra bilmirlər, heç olmasa onun fəsadını yığışdırsınlar.

Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayev Milli.Az-a açıqlamasında bildirdi ki, ermənilərin əkdiyi ağaclardır, indi başımıza aşır. Bir vaxtlar Bakıda əkərək bəla yaradıblar, şam ağacları boya verir. Amma gövdəsi və kökü inkişaf etmir.

Baş mühəndisin sözlərinə görə, ağacın fəsadları artıq aradan qaldırılıb: "Əslində, bu, bizim işimiz deyil. Yaşıllaşdırma görməlidir bu işi. Ancaq gözlədik, sonra özümüz yığışdırdıq. Artıq 12 ünvanda ağacların yaratdığı problemi həll etmişik".

Böyütmək üçün şəkillərə klikləyin: