Baş kəsən qızın VİDEO VƏ FOTOsu
Day.Az представляет новость на азербайджанском языке.

Bacısının başını kəsən Pərvanə Nuriyeva istintaq hərəkətləri yerinə yetirildikdən sonra prokurorluğa aparılıb.

Publika.az-ın verdiyi xəbərə görə, Pərvanə xüsusi mühafizə altında polis maşınına əyləşdirilib. Jurnalistlər Pərvanə Nuriyevanın şəklini uzaqdan da olsa, çəkə biliblər.

Dünən bacısı tərəfindən başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın yaşadığı Xudu Məmmədov küçəsi 18 ünvanı hazırda polis tərəfindən mühasirəyə alınıb. Publika.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, əraziyə jurnalistlər buraxılmır.

Artıq Günelin meyiti ilkin ekspertizadan keçirilib.

"Qızın üzərində heç bir zorakılıq əlaməti qeydə alınmayıb. Bakirəliyin pozulması faktı yoxdur. Günel Nuriyevanın lezbiyan olması ilə bağlı deyilənlər yalandır. Ekspertiza xüsusi üsullarla bunu müəyyənləşdirib".

Bacısını öldürən Pərvanə Nuriyeva istintaq hərəkətlərinin aparılması üçün qətlin törədildiyi evə gətirilib.

Qonşuların Publika.az-a verdikləri məlumata görə, onlar bu bacıları yaxşı qızlar kimi tanıyıblar. Qızlardan heç bir pis hərəkətin və ya evə kənar şəxslərin gətirilməsinin şahidi olmayıblar.

Öldürülən böyük bacı idi, hadisəni törədən əkizlərdən biridir. Ölən bacısının meyitini isə digər əkiz bacı aşkarlayıb. Valideynlərini çağırarkən isə onun öldüyünü deyil, yaralı olduğunu bildiriblər.

Məlumata görə, G.Nuriyeva bu gün saat 17-də Şəki şəhərində dəfn olunacaq.

Əməkdaşlar Pərvanə Nuriyevanın şəklini və videosunu uzaqdan da olsa, çəkə biliblər.

Böyütmək üçün şəkillərə klikləyin: 



Videonu izləmək üçün şəkilə klikləyin:

фото