Mingəçevir sakinlərinə şad xəbər Day.Az представляет новость на азербайджанском языке.

Nəqliyyat naziri Ziya Məmmədov Mingəçevir şəhərində vətəndaşların qəbulunu keçirib. Milli.Az El TV-yə istinadən xəbər verir ki, nazir Mingəçevir şəhərinin və Samux rayonunun sakinlərini, eləcə də Mingəçevirdə məskunlaşan məcburi köçkünlərin müraciətlərini dinləyib.

Nazir vətəndaşların müraciət və şikayətləri ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib, nəqliyyat sahəsində mövcud problemlərin araşdırılması və həll edilməsi üçün lazımi işlərin görüləcəyini bildirib. Müraciətlər, əsasən, yolların təmiri, körpülərin salınması, Bakı-Mingəçevir sərnişin qatarının fəaliyyətinin bərpa edilməsi və digər məsələlərlə bağlı olub.

Vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.