Yayın quraq keçməsi fermerlərə baha başa gəldi

Day.Az представляет новость на азербайджанском языке.

Bu il yayın quraq keçməsi fermerləri əməlli-başlı ziyana salıb. Milli.Az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, fermerlər bildirirlər ki, indi sahələrdə ot olmadığı üçün heyvanlar artıq qış ehtiyatından qidalanır. Bu isə tam ehtiyatlarını toplaya bilməyən fermerlərin işini daha da çətinləşdirir. Məsələn, ötən il 2000-2500 ot bağlaması ilə heyvanlarını yaza çıxaran fermer bu il azı 3500 ot bağlaması tədarükü görməlidir. Qiymətlər də ötən ilkindən fərqlidir.
 

Fermer Eyvaz Dünyamalıyev: "3 manat, 2 manat 50 qəpik. İndi heç 3 manata da tapmaq mümkün deyil. Quraqlıq oldu ot olmadı. Ötən il 1 manata almışdıq, bu il isə aldıq otun əvvəlini 2 manatla sonra isə 3 manatla".

Fermer Samir Eyyubov: "Otu əvvəlki illərdə 2 manat 50 qəpik, 3 manata alırdıq. Arpanı və buğdanı 25-30 qəpikdən alırdıq keçən il. Ancaq indi otun bağlaması 3 manat 50 qəpik, 4 manatdır. Arpa və buğda 30-35 qəpikdir".

Otdan əlavə qışa yem ehtiyatı da toplanır. Yemin də qiyməti bahalaşıb. Buna paralel olaraq qış aylarında iri və xırdabuynuzlu mal-qaranın qiyməti ucuzlaşır. Fermerlər deyirlər ki, əvvəlki illərdə heyvanlarının bir hissəsini satıb qış ehtiyatını toplayırdılar. Bu ilsə yem tədarükü üçün satılan heyvanların sayı, deyəsən, daha çox olacaq.