Onu bacı qatili edən nədir? - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

Bir neçə gün keçsə də qətlin dəqiq səbəbləri açıqlanmır.

Üç gündür ki, ölkədə iki bacı əhvalatı gündəmdədir.

ANS TV-nin məlumatına görə, Bakı Musiqi Akademiyası belə ağır qətlin şokunu illər qabaq yaşayıb. Maestro Niyazinin oğulluğa götürdüyü, kiçik yaşlarından öz övladı kimi sevə-sevə böyütdüyü Ceyhun sonda ona analıq edən qadını - Niyazinin həyat yoldaşını belə amansızlıqla qətlə yetirmişdi. Bu hadisə maestronun özü kimi, çalışdığı musiqi ocağının kollektivini də sarsıtmışdı və illər qabaq baş vermiş bu faktı hələ də unutmadıqlarını bizə Musiqi Akademiyasının foyesində müəllimlərdən biri dedi. Əslində isə Musiqi Akademiyasına Nuriyeva bacılarına görə getmişdik. Onların hər ikisi burada təhsil alırdı. Öldürülən Günel Nuriyeva fortepiano sinfinin 3-cü kursunda, onun başını kəsən bacısı Pərvanə isə skripka sinfinin 2-ci kursunda oxuyurdu. Düzdür, bizi onların təhsil aldığı auditoriyaya buraxmadılar ki, müəllimlərinin və tələbə yoldaşlarının təəssüratlarını öyrənə bilək. Dedilər ki, musiqi ocağının adının belə qətllə əlaqələndirilməsini istəmirlər. Bu səbəbdən də əməkdaşımız hər iki bacının Şəki Musiqi Texnikumunda oxuyarkən necə fərqləndiklərini onların müəllimlərindən xəbər alıb. Maraqlıdır ki, Müsiqi Akademiyasının müəllimləri kimi Şəkidəki müəllimləri də onlardan razılıqla danışıblar.

Şəki Musiqi Kollecinin müəllimi Xatirə Məmmədova deyir ki, Güneli tərbiyəli, yaxşı oxuyan tələbə kimi tanıyıb.

Müəllim İradə Rəşidova isə deyir ki, o, nə vaxtsa onun kollecdə dərs deyəcəyinə inanırdı: "Çox təəssüflər olsun ki, biz onu itirdik".

Bu müəllimlərinin Günel haqda təəssüratıdır. Amma Pərvanənin özü saxlandığı Xətai Rayon Poils İdarəsinin müvəqqəti saxlanma yerində, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova etiraf edib ki, o, bacısını məhz həmcinsləriylə münasibətlərinə görə öldürüb. Elçin Behbudov keçirdiyi şokdanmı, ya nədənsə Pərvanənin psixikasında bəzi problemlər də müşahidə etdiyini deyir.

Bütün hallarda qətlin tam təfərrüatları yalnız hadisəni törədən bacıya və bir də hüquq-mühafizə orqanlarına məlumdur. Ortalıqdakı versiyalara gəlincə, hadisə baş verən kimi mətbuata sızdırılan cinsi azlıq məsələsi sonradan yuxuda mənə dedilər ki, bacını öldür və s. bu kimi qeyri-rəsmi açıqlamalarla əvəzləndi. İstənilən halda, qətllə bağlı hüquq-mühafizə orqanlarının olduqca tədbirli davranması diqqət çəkir. Amma eyni zamanda heç kimə sirr deyil ki, mətbuata bu xəbərlərin də məhz hüquq-mühafizə orqanları sızdıdır. Və o xəbərlərə inansaq, Pərvanə doğma bacısını rəfiqələri ilə gərəksiz davranışlarına görə öldürüb və iddialara görə, onun başını da əlbəyaxa olarkən stolun üstündən düşüb sınan vazanın qırıqları ilə kəsib.

Qana bulaşan paltarlarını da paltaryuyan maşına qoyub, telefonunun sim-kartını qırıb, telefonu da özüylə götürüb dərsə gedib. Günelin meyitini isə dərsdən qayıdan digər əkiz bacısı görüb. Qətli məhz Pərvanənin törətdiyini isə istintaqçılar onun hərəkətlərindən tutublar. Görüblər ki, onun bacısının meyitinə reaksiyası o biri əkizin reaksyiasına adekvat deyil. Maraqlıdır ki, Azərbaycanda bacının öz bacısının başını kəsməsi Türkiyə, Rusyia və bir sıra qonşu dövlətlərin mətbuatının xəbər manşetlərini bəzəyib.

Videonu izləmək üçün şəklə klikləyin: 

фото