Bakıda 22 yaşlı oğlanın qətlinin təfərrüatları - YENİLƏNİB - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

------------------
25.10.2014
18:11


Sabunçu rayonunda törədilən qətlin üstü açılıb. Milli.Az APA TV-yə istinadən bildirir ki, hadisə oktyabrın 23-dən 24-nə keçən gecə Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində "Göl" deyilən ərazidə qeydə alınıb.

Lənkəran şəhərində anadan olan, hazırda Savalan yeni yaşayış massivində yaşayan 18 yaşlı Asim Bünyatov dostu, Xızı rayon sakini, 20 yaşlı Yarəli Dadaşovla birlikdə şəxsi münasibətlər zəminində tanışı, Gədəbəy rayon sakini, 22 yaşlı Röyal Səfərovu qətlə yetirib. Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub.

Bildirilir ki, Röyal bir müddət əvvəl Asimdən borc pul alıb. Asim pulunu tələb edəndə tərəflər arasında mübahisə baş verib. Bundan sonra Asim Maştağa qəsəbəsində yaşayan Röyal Səfərovu aralarında yaranan mübahisəni həll etmək üçün yaşadığı Savalan yeni yaşayış massivinə dəvət edib. Asim Röyalla söhbətə dostu Yarəlini də çağırıb. Tərəflər Savalanda Göl qırağında görüşüblər. Asim orada yenidən pulunu tələb edib. Eşitdiyi cavabdan razı qalmayan Asim bıçaqla Röyala çoxsaylı zərbə endirib. Bu zaman bıçaq Asimin də əlini kəsib. Röyal Səfərovun öldüyünü görən dostlar hadisə yerini tərk etsələr də, sonradan 14-cü polis bölməsinə gələrək könüllü təslim olublar. Onların ifadəsindən sonra hadisə yerinə gedən polis əməkdaşları Röyal Səfərovun meyitini aşkarlayıblar.

Şübhəli şəxs qismində saxlanılan Asim Bünyatovla Yarəli Dadaşov Sabunçu Rayon Prokurorluğuna təhvil veriliblər. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

-----------------
26.10.2014
11:18


Videonu izləmək üçün şəklə klikləyin:

фото