Polisin piyada vurması ilə bağlı nazirlikdən açıqlama Day.Az представляет новость на азербайджанском языке.

Oktyabrın 24-də Bakıda piyadanın ölümü ilə nəticələnən qəzanı törədən şəxs polis əməkdaşı olmayıb. Bunu anspress-ə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyib.

DİN mətbuat xidmətinin məlumatına görə, qəza Nərimanov rayonunun A.Nemətulla küçəsində baş verib.

Bakı şəhər sakini Rahim Əsədov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. O.Mansurzadənin sözlərinə görə, R.Əsədov paytaxt kafelərindən birinin işçisi olub.

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin Saatlı rayon sakini Şirvan Səmədov olması müəyyən edilib.