"Sədərəy"i su basdı - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzini su basıb.
 

Milli.Az bildirir ki, bu barədə salamnews-a Ticarət Mərkəzində işləyən satıcılar məlumat veriblər.


Onlar bildiriblər ki, bu gün səhər saatlarında yağan yağış nəticəsində bir sıra satış obyektlərini su basıb. Kanalizasiya sistemi yaxşı işləmədiyindən su ticarət mərkəzində yığılıb qalıb. Satıcılar narazılıqlarını bildirərək deyiblər ki, hadisə ilə bağlı ticarət mərkəzinin rəhbərliyi əvvəlcədən qabaqlayıcı tədbirlər görməli idilər. Çünki qarşıdan hələ qış ayı gəlir. Möhkəm qar yağarsa, ticarət mərkəzinin işi iflic vəziyyətə düşəcək.
 

Böyütmək üçün şəkillərə klikləyin: