Azərbaycanda sürücü əzabla öldü - YENİLƏNİB - FOTO Day.Az представляет новость на азербайджанском языке.

---------
14:26

Şəmkirdə qatar avtomobillə toqquşub, sürücü dünyasını dəyişib.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, bu gün Bakı-Qazax-Gürcüstan dəmiryolu xəttinin Şəmkir rayonunun Sabirkənd kəndindən keçən hissəsində qatar avtomobillə toqquşub.

25 yaşlı Sənan Bayramov idarə etdiyi "VAZ 2109" markalı avtomobillə hərəkətdə olarkən dəmiryoluna aid qorunmayan keçiddə elektrovozu gözləməyərək yolu keçmək istəyib. Lakin qatar avtomobillə toqquşaraq onu bir neçə metr sürükləyib. Sürücü hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

-----------
16:05

Böyütmək üçün şəkillərə klikləyin.