TQDK-nın yeni binası belə olacaq - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Yaxın günlərdə Həsən Əliyev küçəsində yerləşən və TQDK-nın hazırda fəaliyyət göstərdiyi bina söküləcək
 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün tikiləcək yeni binanın layihə görüntüləri yayılıb. Lent.az-ın məlumatına görə, komissiyanın yeni binasının TQDK-nın hazırda yerləşdiyi binanın yerində (Həsən Əliyev küçəsi 17) tikiləcəyi dəqiqləşib. Yayılan fotoların isə yeni bina üçün təklif edilən layihələrdən biri olduğu bildirilir.

Qeyd edək ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi bina yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır.
 

Yeni bina tikilənə qədər isə TQDK Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək. Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.

Böyütmək üçün şəkillərə klikləyin.