Batan 11 yaşlı uşağın meyiti tapıldı Day.Az представляет новость на азербайджанском языке.

Yuxarı Qarabağ kanalında batan 11 yaşlı uşağın meyiti tapılıb. Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 2014-cü ilin noyabrın 11-də Mingəçevirdə Yuxarı Qarabağ kanalında batan 2003-cü il təvəllüdlü Novruzov Toğrul Hikmət oğlunun axtarışları başa çatdırılıb.

Qeyd olunan şəxsin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 16 km aralıdan tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.