Bıçağı qonşusunun köksünə sapladı Day.Az представляет новость на азербайджанском языке.

Şirvan sakini qonşunu qətlə yetirib.

Şirvan Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Şirvan şəhəri, Neftçilər küçəsi 36 ünvanında yaşayan, 1967-ci il təvəllüdlü Əsədi İlham Hüseynağa oğlu, ötən gün saat 20:35 radələrində qonşusu, Neftçilər küçəsi 5 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü Əliyev Rasim Müzəffər oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə ürək nahiyəsindən bıçaq yarası diaqnozu ilə daxil olan İ.Əsədi əməliyyat olunsa da, çoxlu qan itirdiyindən onu xilas etmək mümkün olmayıb. Qətlin hansı səbəblərdən baş verdiyini istintaq araşdırır.

R.Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.