"07" hasara çırpıldı, sürücü yaralandı

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün, saat 16:30 radələrində Şəki ərazisində yol qəza hadisəsi baş verib. Hadisə zamanı Şəkinin Köbər Zəyzid sakini idarəetməni itirərək avtomobili daş hasara çırpıb.
 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Şəkinin Orta Zəyzid kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Şəkinin Köbər Zəyzid kənd sakini Paşayev İsrail idarə etdiyi 55-BM-765 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarındakı Abid Nürəddinova məxsus evin hasarına çırpıb. Nəticədə avtomobildə tək olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 

Qəza nəticəsində evin qaz xətti qırılıb və nəticədə ailə müvəqqəti olaraq qazsız qalıb. Hadisə yerinə dərhal Qaz-qəza Xidmətinin əməkdaşları cəlb olunublar. Qəzanın dəqiq olaraq hansı səbəblərdən baş verdiyi bilinmir. Qəza zamanı maraqlı anlardan biri də o idi ki, hadisədən yarım saat keçməsinə baxmayaraq ərazidə bir nəfər də olsun yol polisi əməkdaşı gözə dəymirdi.

Faktla əlaqədar araşdırmalar aparılır.