"07" "ZİL"lə toqquşdu, yaralanan var Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az bildirir ki, Şəmkir rayonunda bir nəfərin ağır yaralanması ilə nəticələn yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Şəmkir-Kür qəsəbəsi yolunun 7-ci kilometrliyində qeydə alınıb. Rayonun Mahmudlu kənd sakini, 24 yaşlı Ruslan İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gəncə sakini, 36 yaşlı Ramil Hüseynovun idarə etdiyi "Zil "markalı yük maşını toqquşub. Nəticədə "VAZ-2107" sürücüsü ağır bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağır olaraq qalır. İlkin ehtimallara görə qəzaya səbəb "VAZ-2107" markalı avtomobilin düzgün manevr etməməsi olub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.