Avtomobil işıq dirəyinə çırpıldı - VİDEO Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Şəkidə qəza baş verib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb. 1961-ci il təvəllüdlü Oxud kənd sakini Məmmədov Natiq Şəmsəddin oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.

Zərbənin təsirindən işıq dirəyi qırılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəkilə klikləyin:

фото