Sumqayıtda 52 yaşlı kişi yanğın zamanı öldü

Day.Az представляет новость на азербайджанском языке.

Sumqayıtda ötən gün axşam saatlarında ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli, 4 otaqlı evdə baş verib.

Nəticədə evin 1 otağında 1 ədəd çarpayı, ev əşyaları 6 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Seyidov Azad Bilmalı oğluna yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.