Gedəndə keçiddən keçdi, qayıdanda maşın vurdu - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə dair daha bir videoçarx hazırlanıb. Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə hazırlanan bu sosial çarxın rejissoru Elvin Abdullayev, ssennari müəllifi isə İsmayıl İsmayıldır. Sosial çarxın əsas mahiyyəti piyadaların piyada keçidindən istifadəsi ilə bağlıdır.
 

Videoçarxdan da aydın olur ki, qız marketə getmək üçün əvvəlcə piyada keçidindən keçir, lakin geri qayıdında tənbəllik edib keçiddən yox, yolun hərəkət hissəsindən keçməyə çalışır. Bu zaman onu maşın vurub öldürür. Yolu yaxın etmək istəyərkən həmişəlik uzaqlaşdırır.
 

Bu çarx piyadalar üçün olduqca ciddi xəbərdarlıqdır. Həyatınızı düşünürsünüzsə, ətrafdakı insanlara dəyər verirsinizsə, heç vaxt bir neçə saniyəyə, dəqiqəyə görə məsuliyyətsizlik etməyin. Sonra bu saniyələr sizə bir ömür bahasına başa gələ bilər.
 

Yaxınlıqda piyada keçidi varsa, mütləq ondan istifadə edin.
 

Keçid olmayan yerlərdə isə təhlükəsizlik qaydalarına əməl etməklə yolu keçin. Yolda avtomobilin olmadığına və ya avtomobilin sizdən uzaq olduğuna əmin olun. Yolu keçərkən sağa-sola baxın. Uzaqda olduğunu zənn etdiyiniz avtomobil sürətlə yaxınlaşıb sizi vura bilər.
 

Yolu keçərkən uşaqların əlindən tutun!
 

Telefonla danışa-danışa və ya qulaqcıqları taxıb musiqiyə qulaq asaraq ətrafa əhəmiyyət vermədən yolu keçməyin. Bu, sizin dinlədiyiniz son səs, son musiqi ola bilər.

Həyatı sevin!

Özünüzə dəyər verin!

Özünüzün və başqalarının həyatını qaraltmayın!

Videonu izləmək üçün şəklə klikləyin:
 


фото