Sevgilisinin pullarını oğurladı: səbəbini belə izah etdi

Day.Az представляет новость на азербайджанском языке.

Gəncə şəhər sakini Evelina Rumyanstsevanın yaşadığı ünvandan 17 min manat və 2900 ABŞ dolları nağd pul, eləcə də 4800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis oğrunun kənar adam olmadığını üzə çıxarıb. Müəyyən edilib ki, həmin pulu və qızıl-zinət əşyalarını Evelina Rumyanstsevanın qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı İlqar Şərifov oğurlayıb.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Samir Rüstəmov cinayətkarın oğurladığı pulları avtomobil qarajında gizlətdiyini bildirib.

Saxlanılan İlqar Şərifov sevgilisinin evindən oğurluq etməsini etiraf edib. O bildirib ki, Evelina Rumyanstsevanın avtomobil almasına etiraz əlaməti olaraq bu yola əl atıb. Şərifov vəfasız məhəbbətindən də gileylənib: "O niyyətlə götürdüm ki, qadın maşın almaq istəyiridi. Amma mən qoymurdum. Fikirləşirdim ki, hadisə olar uşaq yetim qalar. Sevmək Leyli və Məcnun vaxtında olurdu. Ona yalnız uşağımın anası kimi hörmət edirəm".

Аxar.az