Bakıda ağır qəza: yük maşını aşdı - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, dekabrın 20-si axşam saatlarında Şıxov qəsəbəsində, magistral yolun Bibiheybət qəsəbəsinə doğru gələn istiqamətində iki minik və bir yük avtomobili toqquşub. Nəticədə yük avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzanın səbəbi araşdırılır.

Böyütmək üçün şəkillərə klikləyin.