Bakıda 3 otaqlı evdə yanğın baş verib Day.Az представляет новость на азербайджанском языке.

Bakıda yanğın hadisəsi baş verib.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumı sahəsi 54 kv.m olan, 3 otaqlı mənzilin 1 otağının tavanı 3 kv.m sahədə yanıb.
 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.