Bakı yaxınlığında avtobus qəzası: ölən var

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə Abşeron rayonunda "İVECO" markalı sərnişin avtobusu ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması ilə bağlı müraciət daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyətı üzrə təhvil verib. Əməliyyat saat 10:05-də başa çatıb.

Qəzanın səbəbi araşdırılır.