Ukrayna təyyarəsi məcburən İrəvana endi: 25 azərbaycanlı çarəsiz qaldı

Day.Az представляет новость на азербайджанском языке.

Ukrayna Hava Yollarına məxsus Kiyev-Tiflis reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən Ermənistanın paytaxtı İrəvana məcburi eniş edib.

Publika.az xəbər verirki, bu zaman təyyarədə 25 azərbaycanlı da olub.

İrəvan aeroportunda təyyarədən düşmək istəməyən azərbaycanlılar sonradan gözləmə zalına aparılıblar. Burada azərbaycanlılara sərhəd keçid məntəqəsində pasportlarına möhür vurularaq, quru yolu ilə Gürcüstana getmək təklif olunub.

Azərbaycanlıların israrından sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görülüb.

Uzun müddət gözlədikdən sonra onlar təyyarə ilə Tiflisə yola salınıblar.