Yevlaxda 5 otaqlı ev yandı

Day.Az представляет новость на азербайджанском языке.

Yevlax rayonunda güclü yanğın olub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Aran qəsəbəsində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 182 kv.m olan birmərtəbəli 5 otaqlı evin tavanı və çardağının yanar konstruksiyaları 102 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 10:58-də söndürülüb.