Xanımının maşın ala bilməməsi üçün kişi bu yola əl atdı Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanda kişi xanımının külli miqdarda pulunu oğurlayıb.

Milli.Az-ın Kəpəz TV-yə istinadən məlumatına görə, Gəncə şəhər sakini Evelina Rumyanstsevanın yaşadığı ünvandan 17 min manat və 2900 ABŞ dolları nağd pul, eləcə də 4800 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxs müəyyən edilib. Məlum olub ki, pulu və qızıl-zinət əşyalarını Evelina Rumyanstsevanın qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı İlqar Şərifov oğurlayıb.


İlqar Şərifov sevgilisinin evindən oğurluq etməsini etiraf edib və bildirib ki, oğurladığı pulu və qiymətli əşyaları özünün yaşadığı Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən avtomobil qarajında gizlədib. O bildirib ki, Evelina Rumyanstsevanın avtomobil almasına etiraz əlaməti olaraq bu yola əl atıb: "Maşın almaq istəyirdi, mən qoymurdum. O niyyətlə götürdüm ki, ala bilməsin. Qorxurdum ki, maşınla kimisə vurub öldürər, uşağım yetim qalar".

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır.