Deputat "Facebook" statuslarından kitab çap etdirib Day.Az представляет новость на азербайджанском языке.

Yeni Azərbaycan Partiyası Siyasi Şura üzvü, millət vəkili Aydın Mirzəzadə "Facebook"da yazdığı statusları toplayıb kitab halında nəşr etdirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə A.Mirzəzadə özünün "Facebook" hesabında məlumat yayıb: "Feysbuk səhifəmdəki "Müdriklik dərsləri" rubrikasındakı materiallar əasında 2014-cü ilin fevral ayında 200 dərsdən ibarət "Müdriklik dərsləri - I hissə" adlı kitab nəşr edildi.

Sonradan rubrika davam edildi və hal-hazırda səhifəmdə 348-ci material verilib. Gələcəkdə 201-600 saylı dərslər əsasında artıq 400 dəsrdən ibarət "Müdriklik dərsləri - II hissə" adlı kitab nəşr etmək istəyirəm.

Növbəti kitabın 2016-cı ilin fevral-martında işıq üzü görməyi gözlənilir.

Bu dəfə kitabın nəşrində yenilik etmək istəyirəm. Belə ki, kitabda materiallarla yanaşı sizlərin onlara verdiyiniz şərhlər də dərc ediləcəkdir. Etiraz edənlərin şərhləri verilməyə bilər".