Bakı metrosunda qorxunc hadisə: Qatar azyaşlı oğlanı sürüdü

Day.Az представляет новость на азербайджанском языке.


Bu gün axşam saatlarında Bakı Metropoliteninin "Qara Qarayev" stansiyasında olduqca təhlükəli insident yaşanıb. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, 8-9 yaşlarında bir oğlan uşağı metro qatarının altında qalıb.

Naməlum səbəblərdən ilişərək, sonuncu vaqonun arxasına düşən uşaq qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürütlənib. Həyatı təhlükə altında qalan uşağın anasının fəryadı sərnişinlərin diqqətini baş verən hadisəyə cəlb edib. Metropolitenin əməkdaşlarının və polisin səyləri nəticəsində qatarın hərəkətini durdurmaq mümkün olub və uşaq xilas edilib. Xoşbəxtlikdən azyaşlı uşaq sağ qalıb, heç bir bədən xəsarəti almayıb.