Bakıda müəlliməni döyən müəllim danışdı - VİDEO Day.Az представляет новость на азербайджанском языке

Baş verən hadisəyə iki müəllim ailəsi arasındakı mülk davası səbəb olub Bakıda yaşlı müəllimi döyməkdə ittiham edilən orta məktəblərdən birinin müəllimi ANS-ə danışıb.

O, barəsində deyilənləri təkzib edib. Hadisə 154 saylı orta məktəbin tarix müəllimi Yaşar Quliyevlə Arifə Yusifova arasında baş verib. Zərərçəkən Arifə Yusifovanın üzərində zorakılıq əlamətləri olan fotoşəkilləri də yayılıb. Məsələ ilə bağlı Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbin direktoru Əli Əliyev ANS TV-yə açıqlama verib. Onun sözlərinə görə, hadisə məktəbdə baş verməyib.

Döyüldüyü iddia olunan 69 yaşlı Arifə Yusifova isə bu məktəbdə deyil 109 saylı orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləyib. O yaş məhdudiyyətinə görə 2011-ci ildən təqaüdə çıxıb. Ancaq onun Yaşar müəllim tərəfindən döyülməsi məsələsi aralarında olan ailə münaqişəsi zəminində baş verib. 154 saylı orta məktəbin direktoru Əli Əliyevin sözlərinə görə, Yaşar müəllim bu günə kimi bir uşağa əl qaldırmayıb, qeyri-etiq davranış nümayiş etdirməyib.

Yaşlı müəllimi döyən müəllim isə hadisənin məktəblə heç bir əlaqəsi olmadığını və işin hazırda məhkəmədə olduğunu deyib. Yaşar Quliyevin dediyinə görə, döyülmə tamamilə absurddur. Yəni Yaşar müəllimin dili ilə desək o, xanım müəllimin heç üzünüdə görməyib. O, "Nə üçün bu hadisə də, məhz Yaşar Quliyev adı hallanır?" sualına cavabında dedi ki, Arifə Yusifova onun qardaşı Əziz Quliyevin qaynanası olub. Yəni, 69 yaşlı təqaüdçü müəllimin qızı Esmira Yusifova Yaşar Quliyevin qardaşı Əziz Quliyevin həyat yoldaşı olub. Qaynana ilə ailənin mübahisəsi mülk üstündə düşüb. Buna görə cütlük boşanıb. Bundan sonra qaynana böhtan üsuluna əl atıb.

Tarix müəllimin dediklərinə inansaq bu hadisə 4 ay bundan əvvəl baş verib. Hadisəsnin dəqiq səbəbləri isə məhkəmənin qərarından sonra məlum olacaq.

Videonu izləmək üçün şəklə klikləyin:

фото