Qəza Bakının ən böyük prospektini iflic etdi

Day.Az представляет новость на азербайджанском языке.


Bakının əsas prospektlərindən birində tıxac yaranıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) APA-ya verilən məlumata görə, Heydər Əliyev prospekti əsas yolda "Koroğlu" metro stansiyası istiqamətində tıxac müşahidə olunur.

İİM sürücülərə alternativ olaraq kənar yoldan istifadə etməyi məsləhət görür.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospektində xəsarətlə nəticələnməyən yol qəzası baş verib. Nəticədə prospektdə tıxac yaranıb. Hazırda polis tıxacın aradan qaldırılması istiqamətində iş aparır.