Gəncədə narkoman rəssamın "qənaət"i başına bəla oldu - FOTO - VİDEO Day.Az предстваляет новость на азербайджанском языке

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Polis Gəncə sakinini Samux rayonundan topladığı narkotik vasitəni şəhərə gətirərkən saxlayıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayan həmin şəxs cəmi 3 ay azadlıqda yaşaya bilib. Hazırda Gəncə polisi fakt üzrə araşdırmalarını davam etdirir. Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat tədbirlərini davam etdirirlər. Polis əməkdaşları daxil olmuş məlumat əsasında şəhər sakini, 44 yaşlı Mövsüm İsgəndərovu şübhəli şəxs kimi saxlayıblar. Onun əlindəki torbaya baxış zamanı 2 kiloqramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Bərzanı Abbasov - müstəntiq: "Gəncə şəhər sakini Mövsüm İsgəndərovun üzərindəki qara rəngli sellofan torbaya baxış zamanı oradan 2 kiloqram 100 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. O həmin narkotik vasitəni şəxsi istifadəsi üçün topladığını deyir". Əvvəllər də üzərində qanunsuz narkotik vasitə saxladığı üçün iki dəfə məhkumluq həyatı yaşayan Mövsüm İsgəndərov sonuncu dəfə ötən ilin oktyabr ayında azadlığa çıxıb. Bundan bir neçə gün sonra Samux rayonu ərazisində narkotik tərkibli bitkiləri bir yerə toplayan İsgəndərov həmin marixuananı yaşadığı ünvana gətirmək istəyib. Bu zaman ona Gəncə Baş Polis İdarəsinin əməkdaşları mane olublar.

Mövsüm İsgəndərov - saxlanılan şəxs: "Samux rayonu ərazisindən topladım ki, özüm istifadə edim. Hər dəfə gedib az miqdarda gətirirdim. Bir də düşündüm, hər dəfə yol xərci çəkməyim. Birdəfəlik evimə aparım. Gətirən zaman polis tutdu".

6 qız atası Mövsüm İsgəndərov həm də yaxşı rəssamdır. İstintaq başa çatandan sonra onun əməlinə hüquqi qiymət veriləcək.

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin:



фото