Zərər nə vaxt ödənilir? Sürücülər narazı, sığorta isə icbari - VİDEO Day.Az представляет новость на азербайджанском языке

Digər inkiaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da avtomobillərin sığortası icbaridir - yəni sürücü mütləq idarə etdiyi maşını sığortalamalıdır. Bu işə yol patrul xidmətinin əməkdaşları nəzarət edirlər. Beləliklə, sürücülər 50 manat cərimə ödməkdənsə, o puldan bir qədər artığını ödəyib sığortalanmağa üstünlük verirlər. Yol polisi deyir ki, bu, bütün hallarda sürücülərin xeyrinədir.

Türkel TV (Region TV) xəbər verir ki, qəza baş verdikdə qarşı tərəfə dəymiş zərər mütləq sığorta şirkətləri tərəfindən ödənilir. Sürücülərsə belə demir. Onlar iddia edirlər ki, sığorta şirkətləri müqavilədə yazılanlara əməl etmir. Və ya müqavilə şərtlərini elə hazırlayırlar ki, sığortanı ödəməkdən yayınmaq mümkün olsun.

Bu sahədəki çətinlikləri qəbul edən sığorta şirkətləri isə problemi əhalinin məlumatsızlığı ilə əlaqələndirirlər. Onlar deyirlər ki, çox vaxt sürücülər müqavilə ilə yaxından tanış olmurlar və qəza baş verəndə nəzərdə tutulduğundan daha çox vəsait tələb edirlər. Hər halda əgər problem məlumatsızlıqdadırsa, bu məsuliyyət də sığorta şirkətlərinin üzərinə düşür. Çünki hazırkı durumda ən çox ziyan avtomobil sahiblərinə dəyir.

Videonu izləmək üçün şəklə klikləyin:



фото