Azərbaycanda torpaq sürüşdü Day.Az представляет новость на азербайджанском языке.

"KANAL S" (Region TV) xəbər verir ki, son günlər yağan yağışlar sürüşmə ərazilərində aktivliyə səbəb olub. Aktivləşmə Şamaxının Muğanlı kəndində uçquna meylli ərazilərdə də qeydə alınır. Sürüşmənin miqyası hər gün artır.

Şamaxının Muğanlı kəndində vəziyyət heç də ürəkaçan deyil. Köhnə evlərlə yanaşı, yeni tikilən evlər də sürüşməyə məruz qalıb.

Son bir neçə ayda sürüşmə səbəbindən 15 evə ciddi ziyan dəyib. Evlərin divarları çatlayıb. Yeni təmirdən çıxan evlər sürüşmə nəticəsində bərbad vəziyyətə düşüb. Kənddə ev tikdirmək müşkül məsələyə çevrilib. Tikilən evlər 4-5 ildən sonra uçub-dağılır.

Evi uçquna məruz qalmış sakinlərdən bəziləri artıq mənzillərini tərk ediblər. Gecə evlərində yatmağa belə qorxan kənd sakinləri səhərədək oyaq qalmaq məcburiyyətində olurlar. Bəziləri qorxudan qohum, qonşu evində gecələyirlər. Sürüşmənin davam etməsi ilə əlaqədar Rayon Fövqəladə Hallar Komissiyası əraziyə baxış keçirib. Hazırda məsələ araşdırılır.