Şamaxının 103 yaşlı sakininin uzunömürlülük sirri Day.Az представляет новость на азербайджанском языке.

"KANAL S" (Region TV) xəbər verir ki, Şamaxı sakini Gülayım nənə 103 yaşı olmasına baxmayaraq, həyata sevgi ilə bağlanıb. Vaxtilə həyatında müəyyən çətinliklər yaşasa da taleyindən heç zaman narazı olmayıb.

1912-ci il martın 21-də - bayram günü dünyaya göz açan Gülayım nənənin gənclik illəri elə də xoş keçməyib. Həyat yoldaşını müharibədə itirən ana iki övladını təkbaşına böyüdüb. Əkin-biçin işləri ilə məşğul olan Gülayım nənə zəhmətlə, öz halal qazancı ilə onlara sahib çıxıb. Gülayım nənə bu yaşa gümrah gəlib çıxmasını yaşadığı məkan və övladlarının ona yaxşı baxması ilə əlaqələndirir. Gülayım nənənin 2 övladı, 10 nəvəsi, 25 nəticəsi və 3 kötükcəsi var. Bütün şəcərə onun başına yığılanda isə ev dolub-daşır.

Qeyd edək ki, Şamaxıda 100 yaşdan yuxarı sakinlərin sayı 11 nəfərdir ki, onlardan 3-ü 100, 2-si 102, 2-si 103, 3-ü 105, 1-i isə 112 yaşındadır.