Bakıda avtomobil təmiri sexi, Xırdalanda çay evi yanıb

Day.Az представляет новость на азербайджанском языке:

Bakıda gecə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmirdən ibarət avtomobil təmiri sexində baş verib. Nəticədə sexin arxasına yığılmış taxta yeşiklər və sexin içərisində 2 kv.m sahədə taxta stol, açar dəstləri yanıb. Qarajda olan "Hyundai" markalı minik avtomobili və sexin qalan hissəsi yanğından mühafizə olunub.

Gecə saatlarında daha bir yanğın Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan çay evində baş verib. Nəticədə 70 kv m sahədə dam örtüyü, mətbəx mebeli, soyuducu və elektrik sobasının yanar hissələri yanıb. Çay evinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.