Tovuzda 7 otaqlı ev yandı Day.Az представляет новость на азербайджанском языке:

Tovuzda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun İbrahimhacılı kəndində vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində baş verib. Nəticədə evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 104 kv.m sahədə, 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 104 kv.m sahədə və dam örtüyü 25 kv.m sahədə yanıb. Yüksək temperaturdan bitişik ümumi sahəsi 250 kv.m olan talvarın lambirdən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.